21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura insanı yuxudan oyadır ki, insan haqq ilə batili ayıra bilsin
24.01.2019

İmam Hüseyn Kufə əhlinə yazdığı məktubda belə buyurur: “Hüseyn ibn Əlidən müsəlman və möminlərə məktub.

1. İmam o şəxsdir ki, Allahın kitabı ilə hökm edər. Çünki imam gəlib rəhbərlik etdiyi zaman Allahın sözünə əsasən hökm edir.

2. İmam dini həyata keçirir, ədaləti bərqərar edir və nəfsi həbs edib Allaha təslim edir".

Çünki nəfs sənin əlindədir, o nəfsi gərək ram edəsən. Onu ram etməsən, sənu uçuruma aparacaq. Dünyada insanların başına gələn hadisələrin əksəriyyəti həmin nəfsə görədir. Nəfs onları məcbur edir, günaha doğru. Nəfs onları məcbur edir harama doğru.

İnsan da nəfsinin qulu olacaqsa, gəlib İmam Hüseynin qarşısında dayanacaq, Əhli-beytin qarşısında dayanacaq. Onun üçün fərq etməyəcək ki, burada altı aylıq susuz körpə var, ya yox, rahat şəkildə öldürəcək.

Aşura budur ki, insanı yuxudan ayıldır ki, insan haqq ilə batili ayıra bilsin. İnsan haqq ilə batili ayıra bilməsə, uçurumda olacaq. İnsan haqq ilə batili ayırmalıdır və bilməlidir ki, İmam Hüseyn haqqın uğrunda mübarizə aparıb, şəhid olub və başı nizələrdə gəzib.

İmam həmin haqqı dünyada bərpa etmək istəyirdi ki, başını bədənindən ayırdılar. Ona görə bizə vəzifədir ki, dua edəndə, ziyarəti Aşura oxuyanda deyək: “İlahi, bizim həyatımızı Peyğəmbər və onun pak Əhli-beytinin həyatı kimi qərar ver, ölümümüzü də onların ölümü kimi elə”. Bu dua zahirdə olmamalıdır. Bunu əməldə də yaşatmalıyıq.

Nazim Ocaqov