21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Şeytanın beyət tələbinə qiyamla əbədi
13.03.2019

Məhərrəm ayının 2-i Aşura karvanının Kərbəlaya daxil olduğu gün Əməvi hökuməti İmam Hüseynlə (ə) qarşılaşmaq üçün oraya yaxşı təchiz olunmuş və çoxlu sayda hərbi qüvvə ezam etdi. İmamdan istədikləri bircə kəlmə idi. Yezidlə beyət! Elə imamın indiyəcən nəinki qəbul etmədiyi və heç zehnindən belə keçirmədiyi də həmin məsələ idi.

Hər iki tərəfin tələb və istəkləri barəsində çoxlu müzakirələr aparılmasına baxmayaraq imamın qəti mövqeyi əvvəldən bəlli idi. Onun cavabı həmən cavab idi ki, ilk dəfə hökumətin Mədinədən nümayəndəsinə buyurdu və mövqeyi də həmən mövqe idi ki, imamət məqamında nabələdlərin qarşısında tutmuşdu: “Yezidin istədiklərinə təslim olmayıb onunla beyət etmək.”

Zeynəbi-Kubra (s) bütün bu səhnələrdə qardaşının yanında olub onun ilahi qərarları qarşısında itaət və təslimçilikdən başqa bir şey düşünmürdü. Tarix sübut edir ki, onun imamın istəyindən ayrı bir istəyi olmamışdır. Elə ona görə də heç vaxt və heç yerdə narazılıq, peşmanlıq bildirmədi. Allah eşqi ilə, imamla birgə Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya gələn bir bacıdan elə gözləmək olar ki, hər yerdə imamının istəyinə təslim olub, başqa bir istəkdən vaz keçsin.