03 Dekabr 2025 - 3
İraqın ətraf mühit naziri Əlaəddin Əlvan Kərbəlada İmam Hüseyn ziyarətgahının nəzdində fəaliyyət göstərən İmam Zeynəlabidin hospitalında pediatrik reanimasiya şöbəsinin açılışını edib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, açılış mərasimində çıxış edən nazir Əlvan rəhbərlik etdiyi qurumun əhaliyə göstərilən tibbi xidmətlərin inkişafı məqsədilə İmam Hüseyn ziyarətgahının həyata keçirdiyi layihələri dəstəklədiyini diqqətə çatdırıb.
"Müraciət edən xəstə sayının artması səbəbindən hospitalımızda yeni doğulan körpələr üçün əlavə 13 inkubatorluq intensiv nəzarət şöbəsi açılıb", - deyə xəstəxananın direktoru Əhməd Fuad nazirə məlumat verib.
Direktor əlavə edib ki, yeni açılmış şöbədə tənəffüs çətinliyi və erkən doğuş probemindən əziyyət çəkən körpələr üçün hər cür şərait yaradılıb.



İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto