24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Qadın Quran qareləri müqəddəs Kərbəla şəhərinə toplaşacaq - Foto
11.02.2019

İmam Hüseyn ziyarətgahının nəzdindəki Quran Evinin etdiyi açıqlamada bəyan edilib ki, Kərbəlada Qadın Quran Qarelərinin İkinci Milli Assambleyası keçiriləcək.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, tədbir barədə məlumat verən Quran Evinin direktoru Şeyx Həsən Mənsuri deyib: "Basir Quran Fondu ilə əməkdaşlıq çərçivəsində İmam Hüseyn ziyarətgahının nəzdindəki Quran Evi xanım qiraətçilər üçün İkinci Milli Assambleya təşkil edəcək. Bu tədbir İraqda keçiriləcək ən böyük analoji tədbirdir. Burada 250 qadın Quran qaresinin iştirakı nəzərdə tutulur".

Direktor əlavə edib ki, qadın qarelər İraqın 10 şəhərindən gələcəklər və İraqdakı müqəddəs ziyarətgah və məqbərələri təmsil edəcəklər.

Şeyx Mənsuri bildirib ki, assambleya beş gün davam edəcək və hər gün üç sessiya baş tutacaq.

Bildirilib ki, tədbirin təşkil edilməsində məqsəd qadın qarelərin təcrübələrini artırmaq və ölkədə Quran hərəkatını dəstəkləməkdir. Tədbir çərçivəsində mühazirələr, sərgilər, Quran tilavəti sessiyaları, simpoziumlar, Quran qaresi olan qadınlarla söhbətlər, həmçinin Quran əzbərlənməsi üçün metodika təlimləri, təfsir, tilavət ahəngləri və qiraət qaydaları üzrə dərslər keçiriləcək.