22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İmam Hüseyn ziyarətgahı tezliklə yetim uşaqlar üçün yeni məktəbi istifadəyə verəcək - Foto
14.02.2019

İmam Hüseyn ziyarətgahının dəstəyilə müqəddəs Kərbəla şəhərində yetim müsəlman uşaqlar üçün inşa edilməkdə olan məktəb binasında işlər yekunlaşmaq üzrədir.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə açıqlamasında İmam Hüseyn ziyarətgah kompleksinin direktorlar şurasının üzvü və yetimxanalara nəzarət şöbəsinin rəhbəri Sədəddin əl-Bənna məlumat verib.

O bildirib ki, inşaat işləri yekunlaşmaq üzrədir, işlərin 98 faizi artıq yekunlaşıb və müəssisə tezliklə fəaliyyətə başlayacaq.

S.Bənnanın sözlərinə görə, Kərbəlanın əl-Bubəyat bölgəsində inşa edilmiş müəssisənin ümumi sahəsi 1250 kvadrat metrdir. Məktəbin inşası üçün daxildən və xaricdən edilən ianələrdən istifadə edilib.

"Ata-ana himayəsindən məhrum qalmış buradakı bütün uşaqların qayğısına qalmaq üçün hər cür resurslarımız var. Biz bu uşaqları ibtidai təhsildən ali məktəbi bitirənədək himayə edəcək potensiala sahibik. Hazırda müqəddəs ziyarətgahın nəzdində yetimlər üçün fəaliyyət göstərən dörd məktəb vardır. Qızlar üçün "Rüqəyyə" ibtidai və orta məktəbləri fəaliyyət göstərir. Eynitipli məktəblərdən oğlanlar üçün də mövcuddur. Bu müəssisələr Kərbəla şəhərindəki ali şiə ruhaniyyətinin nəzarəti altında fəaliyyət göstərir", - deyə şöbə rəhbəri açıqlamasında bildirib.

Qeyd olunub ki, bu məktəblərdə hazırda 1200 şagird təhsil alır. Onlara tam olaraq pulsuz nəqliyyat, yataqxana, tibb, yemək və digər xidmətlər göstərilir.