03 Dekabr 2025 - 3
Dünən müqəddəs Kərbəla şəhərində Dördüncü Beynəlxalq Uşaq Kitab sərgisi fəaliyyətə başlayıb.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, sərgidə İraq və xarici ölkələri təmsil edən onlarla nəşriyyat evi iştirak edir.
"Sərginin məqsədi uşaqları mütaliəyə həvəsləndirmək, onları müasir və mütərəqqi metodlarla təlimləndirib maarifləndirməkdir", - deyə sərginin direktoru Məhəmməd əl-Həsnavi bildirib.
O bildirib ki, sərgidə İraq, Amerika, Livan, Küveyt, İran və Suriyanı təmsil edən 20 nəşriyyat evi iştirak edir. Direktorun sözlərinə görə, bu sərgi formatına görə İraqda ilk dəfədir keçirilir. Buradakı nümayiş olunan kitablar, jurnallar həm keyfiyyətinə, həm təqdimat metoduna görə unikaldır.
Suriyanı təmsil edən kitab evinin nümayəndəsi Həsən Ruvinin sözlərinə görə, təmsil etdiyi nəşriyyat texnoloji alətlərdən uzaq vəsaitlər və oyunlar təklif edib. Bu vəsaitlər və oyunlar mobil telefonlardan, sosial şəbəkələrdən uzaq şəkildə təklif edilir. Çünki internet və müasir kommunikasiya alətləri uşaqları kitablardan və mütaliədən uzaqlaşdıra bilir.
Bildirək ki, beynəlxalq sərgi İmam Hüseyn ziyarətgahının uşaqlara qayğı departamenti tərəfindən təşkil edilib. Sərgidə hekayələr, novellalar, intellektual oyunlar və informasiya texnologiyaları nümayiş olunur.




İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto