24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Kərbəladakı ən böyük tunelin inşası tamamlanmaq üzrədir
22.02.2019

İmam Hüseyn ziyarətgahının mühəndislik və texniki layihələr departamenti bəyan edib ki, həzrət Zeynəbin (ə) adını daşıyan Əqilə-Zeynəb tunelinin inşası ilə bağlı işlərin 94 faizi yekunlaşıb.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, Kərbəla şəhərindəki ən iri tunel olacaq layihə Şəhidlər meydanı ilə Bab əl-Qiblə məscidini birləşdirəcək.

Departamentin mühəndisi Hüseyn Rza Mehdinin sözlərinə görə, layihə çərçivəsində işlər sutka ərzində davam etdirilir. Bu layihə İmam Hüseyn ziyarətgahının ərazisinin genişləndirilməsi üzrə irimiqyaslı layihənin tərkib hissəsidir.

O bildirib ki, ziyarətgahın xidməti hissələrindəki beton dayaq sisteminin tökülməsi üzrə işlərin 67 faizi artıq yekunlaşıb və betonlama işləri yaxın günlərdə tamamilə bitəcək. Xidməti sahələrə ziyarətgahın tərkibində olan bir çox idarələr, səhiyyə müəssisələri, qonaq evləri və qədim Zeynəbiyyə bazarı daxildir.

Bildirək ki, Əqilə-Zeynəb layihəsi 51 min kvadratmetr sahəni əhatə edir və ziyarətgahın qərb səmtində yerləşir.