19 May 2024 - 19

19 May 2024 - 19

Aşuranın dərdi nədir?
04.03.2019

Biz Məhərrəmdən çox böyük dərslər alırıq. Bütün bəşəriyyət İmam Hüseynin hərəkatından böyük dərslər alır. Bilirsiniz əgər hər hansı bir şəxs cəmiyyətdə araşdırma aparsa ki, məsələn kimin dərdi nədir, hərə öz dərdindən danışacaq. Dərt nə qədər böyük və davamlı olsa o qədər insanı özünə məşğul edəcək və o barədə düşünəcək. Elə ki o dərd qurtardı, sona yetdi onunla da həmən insan daha onunla məşğul olmayacaq və düşünməyəcək. Biz bu cəhətdən Aşuraya yanaşsaq özümüzə sual etməliyik ki, görəsən Aşuranın dərdi nə idi? Ümumiyyətlə Aşura nə üçün bu cür gündəmdədir? Nə üçün bu cür öz canlılığını itirmir? Nə üçün zəmanəsindən, məkanından asılı olmayaraq insanlar bu hərəkatı keçirirlər və İmam Hüseynə eşq bəsləyirlər. Aşuranı diri saxlayıblar hansı ki, insanın əzizi dünyadan köçəndə, hətta faciəvi şəkildə olsa belə bir il, iki il uzağı üç il bunu qeyd edirik. Amma o öz aktuallığını, canlılığını nəhayətdə itirmiş olur. Amma İmam Hüseynin hərəkatı, Aşurası belə deyil. Hər zaman öz canlılığını qoruyub saxlayır və günü-gündən, ilbəil bu dalğa çoxalır və bütün dünyanı əhatə edir.

Aşuranın dərdi nədir? Aşuranın dərdi haqsızlıq dərdidir. Aşuranın dərdi zülm dərdidir. Bu dərd nə qədər davam edirsə, bu hərəkatda davam edəcək. Və əslində Aşura bizə bir mesaj verir ki, bəli Aşura zülmə qarşı çıxmaq, Aşura haqsızlığa qarşı çıxmaq, İmam Hüseynin hərəkatı ədaləti bərpa etmək məqsədi ilə həyata keçirilmiş hərəkatdır. Və dünyada nə qədər zülm varsa, nə qədər haqsızlıq və ədalətsizlik varsa Aşura hərəkatı da davam edəcək.

Samir Ağayev