21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Müxtəlif dinlərin nümayəndələri Kərbəlada bir araya gəliblər - Foto/Video
11.03.2019

Martın 7-də İraqdakı bütün dinlərin nümayəndələri və din xadimləri üçün təşkil edilmiş IV Mədəni Assambleya çərçivəsində bir qrup din xadimi və nümayəndə Kərbəla şəhərindəki müqəddəs İmam Hüseyn ziyarətgahında toplaşıblar.

Kerbela.info-nun Imamhussain.org-a istinadla veridiyi xəbərə görə, görüşdə çıxış edən İmam Hüseyn ziyarətgahının təmsilçisi dr. Təlal Kamali bəyan edib ki, "Allah sülhün yayılmasını sevir" adlı assambleyanın məqsədi bir-birini qəbul edib sülh şəraitində birgəyaşayışa çağıran insani prinsiplərin təbliğ edilməsidir.

Qeyd olunub ki, İmam Hüseyn ziyarətgahı tərəfindən keçirilən assambleyada İraq xalqı arasında sülh və altruizm prinsiplərinə necə nail olmağın yolları və mexanizmləri müzakirə olunub. O bildirib ki, assambleyanın nəticəsi olaraq əldə edilmiş bütün müsbət təkliflər və addımlar hər üç nümayəndəliyə göndəriləcək və əməli olaraq həyata keçirilməsi istəniləcək.

Doktor Kamali bildirib ki, assambleyada İraqın Kəldani katolik kilsəsi, Mandeyi cərəyanının lideri, Yezidilərin nümayəndəsi, İraqın İslami Fiqh Assambleyasının sədri, Əbu Hənifə Nömani məscidinin imamı və şiə müsəlmanları təmsil edən din xadimləri iştirak edib.

Ziyarətgah təmsilçisi, həmçinin qeyd edib ki, assambleyanın İraqda ilk dəfə açılışı Kəldani kilsəsində baş tutub, Mandeyilər tərəfindən maliyyələşdirilib və Əbu Hənifə məscidində keçirilib.

"Bizim müxtəlif dinlərin və etiqadların nümayəndələri kimi bir masa yerdə olmağımız bütün ekstremistlərə və təxribatçılara mesajdır ki, heç vaxt İraqın bütövlüyünü poza bilməyəcəklər", - deyə Kəldani katolik kilsəsinin patriarxı I Mar Luiz Rafael deyib.

O vurğulayıb ki, assambleyanın əldə etdiyi bütün nəticələr əməli olaraq həyata keçiriləcək və müvafiq siyasi liderlə müzakirə olunacaq.