21 Noyabr 2024 - 21
Peyğəmbərin yaxın səhabələrindən biri Cabir ibn Əbdullahi Ənsari ilk dəfə İmam Hüseyni qırxında onun qəbrini ziyarət edib. Ondan sonra da artıq imamlar bu Ərbəin ənənəsini davam etdirib. Çünki Ərbəin ziyarəti o cür hərəkatın yaşadılması üçün yaxşı bir ənənə idi.
İmam Sadiqdən belə hədis var, buyurur: "Ərbəin ziyarətinə, Ərbəin yürüşünə gedənlərin, iştirak edənlərin hər bir addımına Allah bir savab yazır və bir günahını silir". Ərbəin ziyarəti bitdikdən sonra mələklər həmən ziyarətdə olan adama xitabən deyirlər ki, ey Allahın dostu bundan sonra Allahın peyğəmbərini və imamlarının firqəsinə daxil oldunuz.
İmam Həsən Əskəri də bir hədisdə belə buyurur: "Möminin 5 əlaməti var. Onun biri Ərbəin ziyarətində iştirak etməkdir". Yəni o zamanlarda elə bir çətin vəziyyət yaratmışdılar ki, Ərbəinə qarşı fobiyadan yaranan bir mübarizə var idi. Və Ərbəin ziyarətində iştirak etmək möminliyin bir əlaməti hesab olunurdu. O zaman da o qədər qadağalara, təqiblərə və təzyiqlərə baxmayaraq Ərbəin ziyarətinə getmək hər adamın işi deyildi. Ona iman və İmam Hüseynin eşqi lazım idi ki, ziyarət getsinlər.
Famil Burxanoğlu