21 Noyabr 2024 - 21
Modernizmi yaradanların, dünyanı idarə edənlərin proqnozlarının əksinə olaraq dünya artıq başqa istiqamətə gedir. Amerikalı sosioloq Aleksandr Cefri deyir ki, sosial aktivlik, iqtisadi inkişaf və kapitalizm heç də mədəniyyəti tərənnüm edə bilməz, mədəniyyəti formalaşdıra bilməz. Bu ondan xəbər verir ki, kök varsa, həmin mədəniyyət davam edəcək.
Bu gün imkan yaranıb, Ərbəin mədəniyyətinin kökü var deyə davam edir və böyüyür. Bir də dünyanın Ərbəinə, İmam Hüseyn kimi bir qəhrəmana ehtiyacı var. Yəni bütün mənəvi dəyərləri özündə birləşdirən moral, həqiqi, saf bir şəxsiyyətə ehtiyacı var. Buna bütün dünya məzlumlarının, zülmə məruz qalanların həqiqi bir ehtiyacı var.
Almaniyalı sosioloq və psixoloq Eir From deyirdi ki, əgər XIX əsrdə insanlar Allahı öldürdülərsə, XX əsrdə insan öldü və robota çevrildi. Yəni insanın həyatdakı sevgi və yaşamının mənası itərsə, kapitalizm tərəfindən istismar olunandan sonra, əslində, ölən Allah deyildi, insan öldü və robota çevrildi.
XX və XXI əsrdə psixologiya elminin bütün çabalarının məqsədi bu olub ki, insanın həyatına rəng qatsın. Bu rəng nədən ibarətdir? Bir çox psixoloqlar razılaşırlar ki, mənəvi zənginlik olmasa, moral dəyərlər olmasa, insan həyatı gündəlik iş çərçivəsindən kənara çıxa bilmir. Mütləq ora bir mənəviyyat rəngi gəlməlidir.
Mən belə düşünürəm ki, hər il Ərbəin səfərində görürük, bu hərəkat bir dini, əqidəni tərənnüm etməkdən çıxaraq qloballaşıb, insanlıq yürüşünə çevrilib, dünyada müsəlman və qeyri-müsəlmanları cəzb etməyə başlayıb. Biz orada bunu müşahidə edirik ki, doğrudan da, insanlar Ərbəin yürüşünə ümidlənirlər. Yəni İmam Hüseynin adına olan bu yürüş, sanki, bir dirçəliş yürüşünə çevrilib.
Cavid İmamoğlu