03 Dekabr 2025 - 3
İraqın Baş naziri Adil Əbdülmehdi İmam Hüseyn ziyarətgahının həyata keçirdiyi strateji əhəmiyyətli layihələrin əhəmiyyətindən danışıb, xüsusilə ziyarətgah tərəfindən icra edilən Kərbəla səhrasında əkinçilik sektorunun inkişafı layihəsini yüksək dəyərləndirib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə fikirlərini o, ziyarətgaha etdiyi səfəri zamanı xatirə kitabına yazıb. "Burada gördüyüm hər şeydən çox məmnunam", - deyə Baş nazir xatirə yazısında qeyd edib.
"Allaha şükür olsun ki, burada çox böyük zəhmətlər hesabına ən müasir texnologiyalar əsasında kənd təsərrüfatı üzrə əsl cığır açan layihələr həyata keçirilir. Allah möminlərin bu zəhmətlərini bərəkətli etsin", - cümlələrini isə İraq parlamentinin üzvü Məhəmməd Şiə əl-Sudani yazıb.
Aqronomiya eksperti və İmam Hüseyn ziyarətgahının kənd təsərrüfatı layihələri üzrə supervayzeri Adnan Əvəz isə bəyan edib ki, İmam Hüseyn ziyarətgahı aqrar sektorun inkişafında inqilabi sıçrayışa nail olub və İraqın daxili bazarında mövcud olan boşluğu dolura bilib.


İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto