22 Noyabr 2024 - 22
İmam Hüseyn (ə) məqbərə kompleksinin mühəndis briqadası bəyan edib ki, Xanım Zeynəbin adına inşa ediləcək meydanın işləri davam etdirilir və artıq ilkin mərhələləri həyata keçirilib.
Layihənin mühəndisi Hüseyn Rza Mehdi bildirib ki, builki Ərbəin ziyarətindən sonra mühəndis briqadası 157 metrlik dayaq divarının tikintisinə başlayıb və işin 80 faizi artıq uğurla başa çatıb. Onun sözlərinə görə, iş layihə proqramına uyğun şəkildə davam etdirilir və 20 ay ərzində tam başa çatdırılması nəzərdə tutulur.
Rza Mehdi, həmçinin əlavə edib ki, gələcəkdə xüsusi layihə əsasında Həzrət Zeynəb (ə) meydanı ilə İmam Hüseyn (ə) meydanının birləşdirilməsi də nəzərdə tutulur ki, bununla zəvvarların hər iki meydan arasında hərəkəti rahatlaşacaq.
Mühəndis qeyd edib ki, kompleks ərazisində qazıntı işləri zamanı çıxarılmış torpaq kütləsi xüsusi yerlərdə saxlanılacaq. İmam Hüseynin (ə), onun ailəsinin və səhabələrinin qəbirlərinin ətrafındakı torpaq kütləsi müqəddəs hesab olunduğu üçün əvvəlcədən müəyyən olunmuş yerlərdə qorunacaq.
/Imamhussein.org/