21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn ziyarətgahı tezliklə yeni xəstəxananı istifadəyə verəcək
01.04.2019

İmam Hüseyn ziyarətgahının Mühəndislik Layihələri departamenti bəyan edib ki, ziyarətgahın nəzdində inşa edilməkdə olan Şeyx Əhməd Vaili adına hospitalın inşası ilə bağlı mühüm irəliləyiş əldə edilib.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, layihənin supervayzeri Səccad Məhəmməd Həsənin sözlərinə görə, layihənin ilk mərhələsinin 83 faizi, ikinci mərhələsinin isə 18 faizi artıq icra edilib.

O bildirib ki, yeni hospitalda xəstələr üçün hər cürə rahatlıq yaradılacaq və İraqın Səhiyyə Nazirliyinin təsdiq etdiyi, eləcə də dünyada qəbul edilmiş VİP standarlara uyğun şəraitlə təmin olunacaq.

Səccad Həsən bildirib ki, hospitalda 160 palata və 8 cərrahiyyə kabineti fəaliyyət göstərəcək. Xəstəxana 4 ay ərzində tamamilə hazırlanıb təhvil veriləcək.