24 Noyabr 2024 - 24
Müqəddəs Kərbəla şəhəri barədə 48 cildlik ensiklopediyanın hazırlanması məqsədilə müxtəlif ölkələrdən xeyli sayda tarixi sənədlərin toplanması nəzərdə tutulur.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə Kərbəla Təlim və Tədqiqat Mərkəzinin sədri Əbdüləmir Qüreyşi məlumat verib.
O bildirib ki, Mərkəz Kərbəlanın tarixi barədə müfəssəl ensiklopediyanın tamamlanması üzrə ciddi iş aparır.
"Mərkəz Osmanlı və Hindistan arxivlərində saxlanılan sənədlərin hamısının surətlərini toplamaq işini yekunlaşdırmaq üzrədir. Bu sənədlərin 18 cildi tədqiqat üçün nəşr edilib və 30 cildi nəşr edilməyə hazırdır", - deyə Qüreyşi əlavə edib.
Mərkəz sədrinin sözlərinə görə, müqəddəs şəhərin tarixini müfəssəl şəkildə əks etdirmək üçün İranın Qacar, Əfşar və Səfəvi dövrlərinə məxsus arxiv sənədlərinin də əldə edilməsi nəzərdə tutulur.