03 Dekabr 2025 - 3
İmam Hüseyn ziyarətgahının nəzdində fəaliyyət göstərən "Nur əl-İmam Hüseyn" İnstitutu bəyan edib ki, müəssisə görmə qüsuru olanlar üçün xüsusi ixtisaslaşmış kitabxananın açılması üçün işə başlayıb.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə açıqlamasında institutun rektoru Sami Cavad məlumat verib.
Onun sözlərinə görə, kitabxanada Quran bölməsi, eləcə də mədəniyyət, tarix, dini ədəbiyyat və tərcümə ədəbiyyatlarına yer veriləcək.
Rektor bildirib ki, akademik kurikulumları Brayl əlifbası ilə çap etmək üçün instituta xüsusi çap maşını da gətirilib.
Qeyd olunub ki, institutda, həmçinin iri audio kitabxana da təsis olunacaq. Burada mədəni, tarixi və dini kitablar səsləndiriləcək.


İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto