24 Noyabr 2024 - 24
Dünyanın 40 ölkəsini təmsil edən qonaqlar həzrət İmam Hüseyn və həzrət Əbəlfəzl-Abbasın mövlud günləri ərəfəsində Kərbəla şəhərinə toplaşıblar.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, müxtəlif din və məzhəbləri təmsil edən qonaqlar İmam Hüseyn və həzrət Abbasın müqəddəs ziyarətgahlarına baş çəkərək burada dualar oxuyublar, sülh, qardaşlıq, vəhdət, qarşılıqlı birgəyaşama barədə çağırışlar ediblər.
Bildirək ki, İmam Hüseynin mövludunun ildönümü münasibətilə 15-ci Şəhidlik Baharı Beynəlxalq Mədəniyyət Konfransı çərçivəsində dünyanın çoxlu ölkəsindən insanlar Kərbəla şəhərinə təşrif gətiriblər.