21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəlada ilk dəfə yetim uşaqlar üçün diş klinikasının təməli qoyulub - Foto
24.04.2019

Bir, yaxud hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum qalmış uşaqlara qayğı proqramı çərçivəsində İmam Hüseyn ziyarətgahı Kərbəla şəhərində yetim uşaqlar üçün xeyriyyə əsaslı stamatologiya klinikasının əsasını qoyub.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, ziyarətgahın nəzdində fəaliyyət göstərən valideyn himayəsindən məhrum uşaqlar üçün "Ruqəyyə" məktəbinin direktoru Sədəddin Bənnanın sözlərinə görə, klinika layihəsi 126 kvadrat metr sahəni əhatə edəcək.

Diş xəstəxanası ən müasir, beynəlxalq standartlara malik avadanlıqlarla təchiz ediləcək. Klinika Mərkəzi Kərbəlanın cənub səmtindəki Şəbanat məhəlləsində tikiləcək. Tibb müəssisəsi ən müasir standartlara cavab verəcək.

Direktor bildirib ki, klinika təkcə "Ruqəyyə" internat məktəbinin şagirdlərinə deyil, Kərbəla əyalətindəki bütün yetim uşaqlara pulsuz xidmət göstərəcək.

S.Bənnanın sözlərinə görə, klinikanın təməlqoyma mərasimi Xanım Ruqəyyə adına ibadətgahın istifadəyə verilməsilə eyni vaxta təsadüf edib. Belə ki, məktəbdə təhsil alanların gündəlik ibadətlərini yerinə yetirmələri üçün burada 250 kvadrat metrlik namazxananın açılışı olub. Bundan başqa internat məktəbinin uşaqları üçün həm də yeni restoran istifadəyə verilib.

O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə Kərbəlada tələbələr üçün istirahət parkları da salınacaq ki, bu da İraq tarixində ilk hadisə olacaq.

Bildirək ki, İmam Hüseyn ziyarətgahının nəzdində fəaliyyət göstərən məktəblərdə bütün xidmətlər tamamilə pulsuzdur. Uşaqlar bu məktəblərdə qalmaq, yemək və nəqliyyat xərclərindən azaddırlar.