21 Noyabr 2024 - 21
İranın Kirman əyalətində hazırlanan İmam Hüseynin (ə) hərəminin yeni günbəzinin Kərbəlaya daşınması üçün hazırlıq işlərinə başlanılıb.
Bunu İranın ziyarət və Həcc Təşkillatının Ətəbati-aliyat İdarəsinin baş müdiri Həsən Plark deyib.
Onun sözlərinə görə, yeni günbəzin 300 ton çəkisi var. “7.5 metr hündürlüyü, və 300 ton çəkisi var. Yeni günbəzin Kirmandan Kərbəlaya daşınması üçün 50 ədəd TIR-dan istifadə olunacaq.”
Onun sözlərinə görə, yeni günbəzin quraşdırılması ilə imamın qəbri ilə günbəzin sütunlarındakı məsafə 1 metr yarımdan 4 metrə qədər artırılacaq və bu da zəvvarların rahat şəkildə mübarək qəbri ziyarət etməsinə imkan yaradacaq.
H.Plark qeyd edib ki, tezliklə günbəzin İraqa daşınması prosesinə başlanılacaq.
* Ətəbati-aliyat yüksək, şərəfli kandarlar deməkdir. Hazırda İraqda olan Kərbəla, Nəcəf, Kazimeyn və Samirra şəhərlərində olan ziyarətgahlara "Ətəbati-aliyat" deyilir. /maide/