21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ərbəin Azərbaycanda turizmin inkişafına səbəb oldu
29.04.2019

"Tarix ən böyük məktəbdir. Ondan dərs alın", deyərdim amma mənasızdı. Çünki adını turizm qoyub tarixi divarların qarşısında restoran tikən adamlarsız. Azərbaycana ən çox turist ərəb ölkələrindən gəlir. Son 2 ildə isə ən çox İraqdan. İraqda Azərbaycanı tanıyan var idi elə bilirsiniz? Ərbəində dalğalanan bayraqların bərəkətidir əksəri. Ziyarət, Ərbəin bunlar niyə kimisə narahat etməlidir bilmirəm. Amma zəvvarın qarşısını belə xırda, cılız mübarizə ilə almaq mümkünsüzdür.

Ərbəinlə mübarizə dünənə, bu günə aid deyil. Zərrə qədər narahat olmağa dəyməz. Əqidəmiz sabitdirsə əbədi ilə müvəqqəti arasında gedən mübarizədə bəsirətli olmalıyıq.

Abbasilərin dövründə İmam Hüseyni ziyarət edənin əlini kəsirdilər. İnsanlar yenə gedirdi. Qarşısını ala bilməyəndə qadağalar daha da sərtləşdirildi. Hətta edamlara qədər getdi. Amma nəticəsi nə oldu? Hər il üstünə il gəldikcə izdiham daha da artdı.

Ən sərt cəzalar isə demək olar Səddam Hüseynin zamanında olub. Onun dövründə Ərbəin ziyarətinə gedənin cəzası edam idi. İnsan axınının qarşısını yenə ala bilmədilər.

Son 5-10 ildə İraqda terror təhlükəsi ola-ola vacib və təhlükəsiz olan Həcc ziyarətinə qatılanlardan (təxmini) 5-6 dəfə daha çox insan Ərbəin yürüşünə qatılıb. Terror təhdidi və problemlərə baxmadan milyonlarla insan ora axışmağa davam edir.

Bu günə kimi qılınmış ən böyük camaat namazı bu terror təhlükəsi altında həmin yolda qılınıb.

Dünyanın ən böyük toplantısı Ərbəin qəsdli şəkildə mediada yox dərəcəsində işıqlandırılır. Üzüqara dövlətlər bu yürüşün qarşısını almaq üçün böyük pullar xərcləyir, amma yenə də o əbədi nura məğlub olurlar. Hələ öz ölkələrindən də bu yürüşə qatılanlar olur.

Elçin Həsənli