21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Edama gedərkən Kərbəladan danışan kommunistlər
06.05.2019

Bu gün, 1972-ci ildə 6 may tarixində Türkiyə kommunistlərindən olan Dəniz Gəzmiş edama yollanarkən onunla birlikdə edama yollanan Hüseyn İnana "qorxursanmı?" sualını verir. Hüseyin İnan cavabında deyir ki, biz qorxmağı Kərbəlada qoymuşuq.

Ümumiyyətlə biz ancaq Sovetdəki kommunistləri gördüyümüzə görə elə bilirik ki, kommunistlər hamısı allahsız olublar. Halbuki İran, İraq və Türkiyədəki kommunistlərin əksəriyyəti ateist olmayıblar. Baxmayaraq ki, kommunizm və leninizmi təbliğ ediblər. Amma onların əsas qayələri allahsızlıq yox, sosializm olub. Və öz əsərlərində və çıxışlarında İslam dininin də buna işarə etdiklərini bildiriblər. Məsələn, 1974-cü ildə İranda edam edilmiş komunist Xosrov Qolsorxinin məhkəmədə özünü müdafiə edən çıxışına baxanda da bunu görmək olar. İslam barədə müsbət sözlər söyləyən Qolsorxi, İmam Hüseynin (ə) "Həyatın həqiqəti əqidə və cihaddır" sözlərilə çıxışına başlayaraq deyir ki, çıxışıma Yaxın Şərq xalqlarının böyük şəhidi mövla Hüseynin(ə) sözlərilə başlayıram.