21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn məqbərəsinin rəsmisi ölkə ilə bağlı mühüm açıqlamalar verdi
17.05.2019

Şiə Müsəlmanları Ali Dini Qurumu və İmam Hüseyn Məqbərəsi nümayəndəsi Şeyx ƏbdülMehdi əl-Kərbəlayi ölkədəki status-kvoya görə xidmət, sənaye və kənd təsərrüfatı sahələrini təkmilləşdirmək üçün məsuliyyət götürməyin vacibliyini vurğulayıb.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, Şeyx ƏbdülMehdi əl-Kərbəlayi hər hansı bir adamın mühüm sektoru inkişaf etdirmək potensialına malik olduğu halda bunu etməli və ən yaxşı nəticələr üçün əlaqədar orqanlarla koordinasiya aparmalı olduğunu qeyd edib.

Əl-Kərbəlayi İmam Hüseyn Məqbərəsinin yalnız nazirliklər və xidmət, sənaye, kənd təsərrüfatı sahələrinə dəstək üçün mühüm layihələr həyata keçirdiyini bildirib.

O, İmam Hüseyn Məqbərəsi obyektlərinin tələb etdiyi xərclərin qazanc əldə etmək deyil, öz özünü maliyyələşdirmək üçün olduğunu diqqətə çatdırıb.