21 Noyabr 2024 - 21
Dünya bu gün mənəvi böhran içindədir. Yəni dünyanın, bəşəriyyətin bir mənəviyyata çox böyük ehtiyacı var. Ərbəin yürüşü demək olar ki, tamamilə bir hümanist yürüşdür. Müxtəlif millətlərin, irqindən, milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq ayrı-ayrı xalqların nümayəndələrini çiyin-çiyinə addım atdığı bir aksiyadır. Bu yürüşdə insanların bir-birinə mehriban davranması, barış, sülh içində olması, bir-biri ilə təvazökarlıqla davranması və s. Bütün bəşəriyyətin bunlara ehtiyacı var. Dünyada belə bir başqa hərəkat yoxdur. Nə tarix boyu bu vaxta qədər olub, bundan sonra da inanmıram ki, hər hansısa bir hərəkat olsun və insanları bu şəkildə bir yerə yığa bilsin.
Bütün bəşəriyyətin belə bir şeyə ehtiyacı var və bu da ilk növbədə maraqdan yaranır. Beləcə zamanla bütün dünya bu hərəkata qoşulacaq. Çünki insanlarda hər hansısa bir tarixi hadisəyə qarşı, abidəyə qarşı maraq var ki, gedim görüm orada nə var, nə yox, söhbət nədən gedir. İştiraka gələnlər də görür vəziyyət tamam fərqlidir. Burada dünyada analoqu olmayan davranışlar sərgilənir. Xidmətlər havayı olmazdan əlavə, insanlar ehsan vermək üçün yarışa girirlər. Bu da İslam kontekstində olan davranışlardır. Bütün insanların çiyin-çiyinə addım atması, insanların bir-birinə hörmət göstərməsi, yaxşı münasibət bəsləməsi və s. Bizi orada ən çox sevindirən müsəlman olmayan insanların ünsiyyətdə olmaqdı. Orada adamın diqqətini cəlb edir ki, müsəlman olmayana daha böyük hörmət var, xüsusi bir şəfqət var.
Famil Burxanoğlu