09 May 2024 - 9

09 May 2024 - 9

İmam Hüseyn bütün firqələri ətrafına toplaya bilən İlahi fürsətdir
24.05.2019

Rus filosof və politoloqu Aleksandr Duqinin müsahibəsi var, deyir ki, Ərbəin yürüşü bütün bəşəriyyətin ehtiyac duyduğu bir yürüşdür. Deyir, baxıram bu həzrət İsa ilə İmam Zamanın gəlişi üçün bir zəmindir. Bilirsiniz bu nə deməkdir? Əlbətdə, o da özündən demir bu sözü. İmam Zaman gələndə özünü İmam Hüseynin oğlu kimi tanıtdıracaq. Buyuracaq: "Mən İmam Hüseynin oğluyam". İmam Hüseynin xüsusiyyətlərini sayacaq və buyuracaq mən bu xüsusiyyətlərin daşıyıcısının oğluyam.

Ərbəin yürüşü bizim üçün bu cəhətdən əhəmiyyətlidir ki, İmam Zaman gələndə özünü İmam Hüseynin övladı kimi təqdim edəndə bütün bəşəriyyət artıq onu tanıyıb ondan xəbərdar olacaq. Yəni xəbərdar olmamaq məntiqsiz sayılır. Bu yürüş İmam Hüsyenin şərəfinə, xatirəsinə düzənlənmiş bir yürüşdür. Bu yürüş vasitəsilə bütün dünya İmam Hüseyn ilə tanış olur və İmam Zaman da gəlib özünü onun oğlu kimi təqdim edəndə artıq hamı bunu tanımış olur, söhbətin kimdən getdiyini bilir.

İmam Hüseyn elə bir dəyərdir ki, hansısa firqə yoxdur İmam Hüseyni sevməsin, hörmət bəsləməsin, əziz olmasın. Deməli bu bizim üçün böyük bir fürsətdir ki, İslamın bütün firqələri İmam Hüseynin ətrafında birləşsin. Buna müsəlmanların ehtiyacı var.

Famil Burxanoğlu