03 Dekabr 2025 - 3
İmam Hüseyn Məqbərəsi Mühəndislik Layihələri Departamenti Zeynəbiyyə layihəsinin tikintisində beton konstruksiya işlərinin başladığını açıqlayıb.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu layihə İmam Hüseyn Məqbərəsinin genişləndirilməsi layihəsinin bir hissəsidir.
Departamentin direktoru və mühəndisi Hüseyn Ridha Mehdi gündə 21 saat iş getdiyini vurğulayaraq, "Mühəndislik heyəti beton konstruksiya üzərində işə başlayıb və işin 70%-75%-i qarşıdan gələn Ərbəin ziyarətindən əvvəl tamamlanacaq", - deyib.
Hüseyn Ridha Mehdi layihənin sahəsinin 3000 m2 olduğunu qeyd edib. Mehdi bunun əvvəlkindən 10 dəfə çox olduğunu bildirib. O, həmçinin tikilinin üç mərtəbədən ibarət olacağını da diqqətə çatdırıb.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto