03 Dekabr 2025 - 3
"Xeyrət əs-Sibteyn" şirkəti İmam Hüseyn Məqbərəsi ilə müqəddəs Kərbəla şəhərində dərman fabriki qurmaq üçün işlərin davam etdiyini bildirib.
Kerbela.info Imamhussain.org-a istinadən xəbər verir ki, şirkət rəhbəri və İmam Hüseyn Məqbərəsi əməkdaşı Həsən Rəşid Cavad Elebieçi "Bu dərman fabriki qlobal standartlara uyğun olaraq tibb mütəxəssislərinin köməyilə inşa ediləcək və təchiz ediləcək", - deyib.
Həsən Rəşid Cavad Elebieçi fabrikin ərazisinin 20 min kv.m olduğunu və 200-dən çox dərman növü istehsal edəcəyini qeyd edib.
O, işin davam etdirildiyini və fabrikin üç il ərzində tamamlanmasına ümid etdiklərini diqqətə çatdırıb.
Onun sözlərinə görə, fabrik Kərbəla şəhərində sənaye bazası yaratmaq və İraqı yüksək keyfiyyətli dərmanlarla təmin etmək məqsədi güdür.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto