21 Noyabr 2024 - 21
Məhərrəmlikdən əslində bir maarifləndirmə tribunası kimi istifadə edən bütün şəxslər insanları məlumatlandırmalı və bu mühüm fürsətdə fələstinli qardaşlarının hüququnun tapdanmasına imkan verməməlidirlər. Bu cinayətləri yayın, çatdırın.
Dünyada bəziləri Fələstinin unudulmasını və fələstinlilərin bugünkü rəftarının şübhə altına düşməsini istəyirlər. Mən bilmirəm ki, bu işin nə faydası var və nə iş görürlər. Bütün faydalar buradadır. Əgər Fələstin xalqının həqiqətən öz azadlığını əldə etməsi lazımdırsa, bundan başqa yol yoxdur.
Mən dünən oğlu ilə vidalaşan ananı gördüm, ürəyim çox kədərləndi. Həm çox kədərləndim, həm də ümidlə doldum. Kədər ona görədir ki, insan İslam dünyasının necə dəyərli gövhərlərinin olduğunu və onları tanımadığını görür. O ana deyirdi ki, əgər bunun kimi yüz oğlum olsaydı, hamısını bu yolda verərdim. İslam dünyası bunları tanımır və bu dəyərli gövhərlərin qədrini bilmir. Bu böyük qüssədir.
Ümid isə ona görədir ki, bu ruhiyyə və şücaət yaşayır. O ana və oğul televiziya qarşısına çıxırlar, bir-biri ilə vidalaşırlar və bu ana bilir ki, övladı gedib iki saatdan sonra ölməlidir. Yəni bu gənci döyüş meydanına göndərir. Bu xalq yaşamağa və qələbə çalmağa layiqdir. Bunları xalqa deyin, izah edin, dəlil göstərin; özü də güclü dəlillər. Elə güclü və möhkəm şəkildə izah etməlisiniz ki, bəzi şeytansifətlər dövrümüzün ən aydın məsələsini - yəni Fələstin xalqını müdafiə etmənin və sionizm rejimi ilə mübarizə aparmağın vacibliyini şübhə altına sala bilməsinlər.
Ayətullah Xamenei