21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Yaxın Şərqin ən qədim kilsələrindən biri Kərbəladadır - Foto
04.06.2019

Araşdırmalara görə 5-ci əsrə aid olan əl-Qasir kilsəsi daxil olmaqla, bir çox əlamət Kərbəla şəhərinin dini və mədəni cəhətdən qədimliyinin sübutudur.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, müqəddəs şəhərin qərb hissəsində yerləşən bu kilsə Yaxın Şərqdəki ən qədim kilsələrdən biridir. Xaldey icmasına aid kilsəyə bəziləri keşişlərə məxsus olmaqla, abidə və məzarlar daxildir.

İmam Hüseyn Məqbərəsi İraqdakı xristianların kilsəyə ziyarəti üçün xüsusi proqrama ev sahibliyi edib.

"Bu kilsənin mövcudluğu ölkə xalqının günümüzə qədər birlikdə yaşamasına aydın işarədir", - deyə İraqdakı xristianları araşdırma institutunun direktoru, Xaldey kilsəsindən olan keşiş Meysər Behnam bildirib.

Heyət İmam Hüseynin Müqəddəs Məqbərəsinə yaratdığı imkana və qonaqpərvərliyə görə təşəkkür edib.