İmam Hüseyn Məqbərəsi Dini Məktəblər Şöbəsi şagirdləri yay siniflərinə qeydiyyata almağa başlayıb.
Kerbela.info Imamhussain.org-a istinadən xəbər verir ki, dini məktəblərin müdiri Əli Əlqəravi siniflərin İmam Hüseyn Məqbərəsində və İraqdakı digər dini məktəblərdə təşkil olunacağını bildirib.
Əli Əlqəravi İmam Hüseyn Məqbərəsindəki siniflərin 1200-dən çox şagird qəbul edəcəyini, dini siniflərdə iştirak edən şagirdlərin ümumi sayının isə 15000-20000 olacağını deyib.
O, bu siniflərin şagirdlərin inkişafına yardım etmək məqsədi daşıdığını qeyd edib.