25 Noyabr 2024 - 25

25 Noyabr 2024 - 25

Kərbəla Beynəlxalq Hava Limanının layihəsi yeni mərhələyə başladı - Video
28.12.2017

Kərbəla Beynəlxalq Hava Limanı administrasiyası bəyan edib ki, limanın tikintisi layihəsinin ikinci mərhələsinin icrası üçün spesifik sahələr üzrə fəaliyyət göstərən bir sıra şirkətlərlə müqavilə imzalanıb.

Hava limanının icraçı direktoru Mustafa İbrahim imamhussain.org saytına müsahibəsində bildirib ki, hava limanı layihəsi üzrə keçirilmiş tenderə bir çox şirkətlər qatılıblar. Bu müraciətlər müvafiq təkliflər üzrə qruplaşdırılıb və şirkətlərə fəaliyyət göstərdikləri sahələr üzrə təqdim edilib.

Artıq bir sıra ilkin işlərə başlanılıb. Belə ki, hava limanının yerləşdiyi ərazidə hamarlama işləri aparılır, həmçinin inzibati binaların təməllərinin qazıntısı işlərinə də başlanılıb.

İnzibati binalar, yardımçı tikililər və digər obyektlərdən başqa icrası planlaşdırılan iki əsas iş uçuş-enmə zolağının və müşahidə qülləsinin inşası ilə bağlıdır. Prosesin davamında yanğınsöndürmə binasının, administrasiya binasının, klinikanın, elektrik stansiyasının, su stansiyasının və digər zəruri infrastrukturun inşası nəzərdə tutulur.