21 Noyabr 2024 - 21
Kərbəla ziyarətgahından nümayəndələrin də iştirak etdiyi Berlin Sülh Konfransının bağlanış mərasimində bütün ölkələrə, Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatlara ekstemizmin ideoloji və maliyyə mənbələrini məhv etmə çağırışı edilib.
İmam Hüseyn Məqbərədsi nümayəndəsi Afdel əş-Şami 14-15 iyun tarixlərində təşkil olunan Berlin Sülh Konfransı və Dinlərarası Qarşılıqlı Anlaşma tədbirində müxtəlif ölkələrdən din xadimləri, siyasətçilər, media mütəxəssisləri, alimlər və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyini bildirib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, Əş-Şami konfransın öz işini başa vurduğunu diqqətə çatdırıb.
Konfransda müzakirə olunan mövzular aşağıdakılardır.
1.Şiddət və nifrət ritorikasının rədd edilməsi.
2.Bütün dünya ölkələri, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatının mübarizə aparmasıyla ekstremizmin ideoloji və maliyyə mənbələrin qurudulması.
3.”Spyker” qətliamının beynəlmiləlləşdirməsi, onu insanlığa qarşı etnik təmizləmə kimi dəyərləndirmə və törədənlərin mühakimə dilməsi.
4.Rabitə və digər dinlərin, məzhəblərin qarşılıqlı anlaşılması yolu ilə sülh mədəniyyətinin yayılması.
5.Ali dini orqanların müsbət rolunun gücləndirməsi.
6.Bütün dünyada qeyri-hökumət təşkilatları və mənəvi ali dini rəhbərliklər arasında əməkdaşlıq olması.
7.Medianın dözümlülük, sevgi, sülh dəyərlərinə təşviq və təxribatdan qaçınmağa dəvət edilməsi.