03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Dünyanın Aşura və Ərbəinə ehtiyacı var
19.06.2019

Dünyada insanların acları, susuzları başa düşməsi üçün Ramazan ayının orucundan başqa üstün ikinci belə bir şey yoxdur. Eləcə də dünyada zülmə məruz qalanları, məzlumları anlamaq üçün də bundan unikal ikinci yol yoxdur.

Ramazanda necə Afrika susuzlarını, Somalidəki uşaqları xatırlayırıqsa, Ərbəində də Fələstin, Qarabağ dərdi, zülmə məruz qalanlar, qaçqın və məcburi köçkün həyatı keçirən insanlar, evdən-eşikdən uzaq düşmüşlər, tapdalanan insanlar yada düşür.

Dünyanın həqiqətən bu modelə ehtiyacı var. Çünki məzlumları xatırladır. Dünya necə Ramazan ayında 1 ay oruc tutub yoxsulu anlayırsa, susuzu anlayırsa, burada da dünya 40 gün boyunca başa düşür ki, həqiqətən də məzlumiyyət, əsir düşmək, zülmə məruz qalmaq, haqqı əlindən alınmaq nə deməkdir.

Mənə elə gəlir ki, Məhərrəmin, Aşuranın və Ərbəinin ucalığı bundadır.

Cavid İmamoğlu (Sosioloq)