Ayətullah Əli Sistani tərəfindən verilən cihad fitvasın beşinci ildönümündə onun nümayəndəsi və Əl-Abbas Müqəddəs Məqbərəsi baş katibi Seyid Əhməd əs-Safi Kərbəlanın əl-Fares məhəlləsində əl-Abbas diviziyasından olan şəhidlərin ailələri üçün əl-Vafaa yaşayış kompleksinin təməl daşını qoyub.
Qurani-Kərim ayələrinin oxunması ilə başlayan mərasimdə İmam Hüseyn Müqəddəs Məqbərəsinin baş katibi, Əl-Abbas Müqəddəs Məqbərəsnin baş katibi, Əl-Abbas Mübarizə Diviziyasının rəhbəri və yerli hökumət rəsmiləri iştirak edib. Mərasimdə Əl-Abbas Müqəddəs Məqbərəsinin baş katibinin müavini və Əl-Abbas Mübarizə Diviziyasının rəhbəri, Şeyx Meysəm əz-Zaidi çıxış edib.
Əz-Zaidi, xüsusilə Xalq Səfərbərlik Qüvvələri tərəfindən Əl-Abbas diviziyasının İŞİD-ə qarşı döyüşlərdə başlıca rol oynadığını vurğulayıb.
Daha sonra Ali Dini Qurumun nümayəndəsi Seyid Əhməd əs-Safi çıxışında Ayətullah Sistani tərəfindən şəhid ailələrinə davamlı dəstəyin göstərildiyini deyib.
Mərasimin sonunda əs-Safi şəhid ailələri üçün dua edib və əl-Vafaa yaşayış kompleksinin təməl daşını qoyub.
Əl-Abbas Mübarizə Diviziyası Əl-Abbas Müqəddəs Məqbərəsinə aiddir.