Dünyanın ən böyük toplantısı - Ərbəin yürüşündə iştirak etmək üçün İran–İraq sərhədini keçərək, getmək istəyən iranlı və əcnəbi vətəndaşlar Xosrəvi, Mehran, Çəzabə və Şələmçə sərhəd-keçid məntəqələrindən istifadə edə bilərlər.
Bunu İranın Yol və Şəhərsalma nazirinin müavini Əbdülhaşim Həsənniya deyib.
Ə.Həsənniya bildirib ki, cari ildə sərhəd-keçid məntəqələrində zəvvarların gediş-gəlişi üçün bütün infrastruktur hazırlanıb: “İran-İraq sərhədindən ən çox gediş-gəliş adı qeyd olunun 4 sərhəd vasitəsilə baş tutur. Çalışmışıq ki, bütün sərhəd-keçid məntəqələrinin ötən ilki problemlərini bu il aradan qaldıraq və zəvvarların gediş-gəlişi rahatlaşsın.”
Pakistan, Əfqanıstan və Azərbaycandan olan zəvvarlar da İran ərazisindən istifadə edərək, İraq ərazisinə gedir deyən Ə.Həsənniya bildirib ki, həmin ölkələrin zəvvarlarının da sərhədlərdən rahat gediş-gəlişi və onların qarşılanıb yola salınması üçün lazimi tədbirlər görülüb.
Avtobus sürücülərinin yanacaq, motor yağı və digər ehtiyat hissələrinin təmini ilə bağlı da yollarda şəraitin yaradılmdığını bildirən Ə.Həsənniya qeyd edib ki, cari ildə İrandan İraqa Ərbəin ziyarəti üçün 2 milyon 300 min nəfərin gedəcəyi proqnozlaşdırılır.
İranın İraqla sərhəddə 4 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar İlam əyalətində Mehran, Xuzistan əyalətində Şələmçə və Çəzabə, Kirmanşah əyalətində Xosrəvi sərhəd–keçid mətəqələridir.
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi-Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
Maide.az