23 Noyabr 2024 - 23
Məhərrəm ayı qəməri ilinin ilk ayıdır ki, həm cahiliyyət və həm də İslamın gəlişindən sonra haram aylardan biri hesab olunur ki, onda müharibə etmək haramdır.
Məhərrəm ayı Əhli-Beyt (ə) davamçıları üçün qəm və qüssə ayıdır. Bu ayda Seyyidi-şühəda (ə) şəhid edilmiş və qanlı Kərbəla hadisəsi baş vermişdir.
Bu ayda Ğəzvətul-zatəl-riqa, Xeybərin fəthi, həzrət Zəhranın (ə) evliliyi, qanlı Kərbəla hadisəsi, Peyğəmbər (s) nəslinin əsir götürülməsi kimi hadisələr baş vermişdir.
Bu ayda Osman xilafətə çıxmış, Məmunun qardaşı olan Muhəmməd Əmin qətl edilmiş, Cəfər Bərəməki qətl edilmiş, Bəni-Abbas dövləti süqut etmişdir.
Bu ayda həzrət İdris (ə) səmaya qalxmış, həzrət Zəkəriyyənin (ə) duası yerinə yetmiş, həzrət Musa (ə) dənizdən keçmiş və Fironçular Nil çayında qərq olmuşdur. Fil səhabələrinin cəzanlandırılması bu ayda baş vermişdir.
İmam Rza (ə) buyurur: “O zaman ki, Məhərrəm gəlib çatardı, atamı gülən görməzdik. Onun qəm və qüssəsi ilk on gün bitənə qədər ona qələbə çalardı. Aşura günü onun üçün qəm, müsibət və ağlamaq günü olardı”.
Həzrət Rza başqa yerdə buyurur: “O kəsin ki, Aşura günü müsibət, qəm və ağlamaq günü olar, Allah Qiyaməti onun üçün sevinc günü qərar verər”.