23 Noyabr 2024 - 23
İnsanı həlak edən bir xəstəlik – asabiyyət. Ərəbcə “asəbə”, bir kimsənin ata tərəfdən olan qohumlarına verilən addır. Asabiyyət isə, qohumlara həddən artıq düşkün olmaq mənasına gəlir. İslamdan öncə Ərəb cəmiyyətində bir kimsə qəbiləçilik hissi ilə ata tərəfindən olan qohumunu yaxud da ümumiyyətlə öz qəbiləsindən olan birini, haqlı və ya haqsız olmasından asılı olmayaraq hər mövzuda başqalarına qarşı qoruyar, ona dəstək olardı. Peyğəmbərimizin (ona və ailəsinə Allahın salamı olsun) hədislərindən birində asabiyyət, “Bir kimsənin qövmünə zülmdə kömək etməsidir.” şəklində təyin edilmiş və bu şəkildə zülmdə yardımlaşmağı təmin edən asabiyyət şiddətlə qadağan edilərək “İnsanları bir asabiyyət üçün toplanmağa çağıran, bir asabiyyət üçün savaşan və asabiyyət uğrunda ölən bizdən deyildir.” buyurmuşdur. (Əbu Davud, Ədəb, 112).
Yəzid b. Muaviyə Hicri 26-cı ildə Şamda dünyaya gəlmişdir. Hüseyn b. Əlidən 22yaş kiçik idi. Hüseyn (Allah ondan razı olsun) Kərbəlaya gəldikdə 57 yaşında, Yezid isə 35 yaşında idi. Kərbəla hadisəsin ən önəmli səbəbkarı. O Hüseyni səltənətinin davamiyyətinə təhlükə olaraq görürdü. Nə olursa olsun Hüseyn b. Əli aradan götürülməli idi. Bəs əlini Peyğəmbərin canının bir parçası olan Hüseynin qanına bulaşdıran o adam neçə il yaşadı? 3 il. Bəli
cəmi üç il iqtidar səfasını çəkə bildi. 38 yaşında bir ov əsnasında atından yıxılaraq öldü.
Bəs Yezidin övladlarınamı nəsib oldu bu iqtidar? Xeyr. Yezidin Muaviyə ibn Yezidadında bircə övladı var idi.
Allah zalımdən alim də verərmiş. Yezid kimi bir atadan Muaviyə kimi övlad. Muaviyə bin Yezid çox saleh bir insan olub. Hər kəs onu təqdir edər, hətta Ömər ibn Abdulaziz (Allah ondan razı olsun) əməvi soyundan ortaya çıxdıqda insanlar onu Muaviyə bin Yezidə bənzədər, onunla müqayisə edərdilər. O da abid, zahid, seleh birisi idi. Ancaq əməvilər belə bir insanı öz səltənətləri üçün təhlükə kimi gördüklərindən 3 ay sonra Muaviyə bin Yezidi ortadan qaldırdılar. Beləcə Əməvilərin başlanmış olan xanədanlığı bitdi. Ta öncədən bəri dərin bir dövlət olan mərvanilərin qolu yəni Mərvan bin Hakəm Muaviyə bin Yeziddən sonra dövləti ələ keçirdi. Bəli Yezid dünyada iqtidarın səfasını yaşaya bilmədi. Yaşasa idi nə olacaqdı ki? Əvvəl axır öləcəkdi.
“Mal və oğullar, dünya həyatının bərbəzəyidir. (Nəticəsi) qalıcı olan saleh əməllər isə Rəbbinin qatında savabca daha xeyirlidir, ümid bağlamaq cəhətiylə də daha xeyirlidir.” (Kəhf surəsi, 46)