23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Ərbəin zəvvarlarına şad xəbər – Xosrəvi sərhəd-keçid məntəqəsi açıldı
08.09.2019
Uzun illər təhlükəsizlik məsələlərinə görə bağlı qalan Xosrəvi sərhəd-keçid məntəqəsinin rəsmi açlışı mərasimi keçirilib.
İran KİV-lərinə istinadla xəbər verilir ki, mərasimdə İran və İraq rəsmiləri iştirak edib.
Xosrəvi sərhəd-keçid məntəqəsi İrandan Kərbəla, Kazimeyn və Samirraya ən yaxın sərhəd-keçid məntəqəsidir. Belə ki, bu keçid məntəqəsindən İraqın paytaxtına 190, Nəcəf 380, Kərbəla 300, Kazimeyn 203 və Samirraya isə 326 kilometr məsafə var.
Mərasimdə iştrak edən İran Daxili İşlər naziri Rəhmani Fəzli bildirb ki, Ərbəin mərasiminin rahatlığı üçün geniş işlər görülüb. “BÜtün orqanlar, aidiyyatı qurumlar Ərbənin mərasimin daha əzəmətli keçirilməsi üçün çalışır. Ümid edirik zəvvarlar daha yaxşı şəraitdə bu mərasimdə iştriak edəcəklər”.
Qeyd edək ki, Xosrəvi sərhə-keçid məntəqəsi səhər saat 7-dən axşam saat 19-dək fəaliyyət göstərəcək.
Ərbəin yürüşündə zəvvarların gediş-gəlişi İlam əyalətində Mehran, Xuzistan əyalətində Şələmçə və Çəzabə, Kirmanşah əyalətində Xosrəvi sərhəd-keçid məntəqələri vasitəsilə həyata keçiriləcək.
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
Maide.Az