22 Noyabr 2024 - 22
Kərbəla Tədris və Tədqiqat Mərkəzi Ərbəin ziyarəti üzrə Elmi Akademik Assambleyanın təsis edildiyini bəyan edib.
Assambleya İraqın aşağıda adları qeyd olunmuş 13 ali təhsil müəssisəsini birləşdirir: Bağdad Universiteti, əl-Müstənsərya Universiteti, Kərbəla Universiteti, Kufə Universiteti, Babil Universiteti, əl-Müsənna Universiteti, Vasit Universiteti, Zi-Qar Universiteti, Bəsrə Universiteti, Meysən Universiteti, Diyalə Universiteti, əl-Qadisiyyə Universiteti, Kərkük Universiteti, ən-Nəhreyn Universiteti, İmam Kazim Kolleci və Beyt əl-Hikmət Məktəbi.
Mərkəzin direktoru Əbdüləmir əl-Qüreyşi bildirib ki, belə bir Assambleyanın təsis edilməsində məqsəd Ərbəin zəvvarlarına yüksək səviyyəli xidmət göstərə bilmək üçün planlar tərtib etmək, onları həyata keçirməkdir, həmçinin Ərbəin ziyarəti zamanı yaranmış iqtisadi şəraitdən yararlanmaq, müqəddəs Kərbəla şəhərinin infrastrukturunu mühafizə etmək və pak Əhli-beytin (ə) həqiqi simasını bütün dünyaya olduğu kimi nümayiş etdirməkdir.