22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Bakıda VI Aşura Forumu keçirildi - Foto/Video
26.09.2019

Dəyərlər Oxucular Klubunun və "Hikmət Evi" elmi-arşdırma Mərkəzinin təşkilatçılığı, "Deyerler.org" saytının informasiya dəstəyi ilə VI Aşura Forumu keçirilib.

Forum, Ərbəin ziyarətinin builki şüarına uyğun olaraq, "Hüseyn (ə) eşqi bizi birləşdirir" şüarı altında keçirilib.

Tədbir Qurani-Kərimdən ayələrin tilavət olunması və Dövlət Himnimizin ifası ilə başlanıb.

Dəyərlər Oxucular Klubunun moderatoru N.Mikayıloğlu Forumu giriş sözü ilə açdı.

Tədbirin giriş hissəsində çıxış edən DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzi) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu forumun önəminə diqqət çəkərək, Aşura və Kərbəla məktəbinə müxtəlif rakurslardan elmi və analitik yanaşmanın zərurətinə vurğu edib.

Hacı İlqar Aşuranın baş vermə səbəbləri və bu səbəblərdən bu günümüzdə götürə biləcəyimiz dərslərdən danışıb.

VI Aşura Forumu 2 panel üzrə baş tutub.

I panel üzrə:

A. Əzizov - “Aşuranın zəfəri”.

H.İ. Sadıqov - "Kərbəla, insan üçün ən mühüm olanı necə tanıdır".

Ü.Bədəl – “Aşura məktəbinin rasional və emosianal müstəvidə dərkinin təhlili”.

- mövzuları üzrə təqdimatları, natiqlər tədbir iştirakçılarına çatdırıb.

Daha sonra uşaqların Forum üçün hazırladığı bədii təqdimat nümayiş etdirilib.

II paneldə:

A. Əsgərov – “Günümüzün Kərbəlası - Yəmən”.

M. Seyidov – “Simalarla bağlı tanıtım” prezentasiyası.

T. Nadiroğlu - "“İbrahim” surəsinin 37-ci ayəsindən Kərbəla ilə bağlı dərslər".

İ. Allahverdiyev - "Aşura qəhrəmanlarının motivasiyasında ixlas fenomeni"

M. Həmzəli - “Aşura – axirəzzaman dövrünün vücudi memarı kimi”.

- mövzuları üzrə əhatəli məruzələr etmişdilər.

Çıxışlar arasında həmçinin müxtəlif peşələrdə çalışan gənclər arasında "Aşura mənim üçün nədir?" sualı ilə keçirilən sorğu, bir sıra ictimailərin Kərbəla məktəbi ilə bağlı fikirləri, dünyanın müxtəlif ölkələrindən Aşura etüdləri nümayiş olunub.

Tədbir "Fərəc" duasının oxunması ilə yekunlaşıb.

Deyerler.org