03 Dekabr 2025 - 3
İranın Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb.
İranın Əhvaz rayon İcra Hakimiyyətinin Yanğınsöndürmə Və Təhlükəsizlik Xidmətləri İdarəsinin direktoru İbrahim Qənbəri bildirib ki, yanğına avtobusun elektrik naqillərində yaranmış nasazlıq səbəb olub.
Qeyd edilib ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadası cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.
Hadisə zamanı bir qadın tüstüdən zəhərlənərək, xəstəxanaya yerləşdirilib.
APA
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto