22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Şələmçədən 117 min zəvvar İraqa keçdi
12.10.2019
Xarici ölkə vətəndaşların gediş-gəliş üçün istifadə etdiyi yeganə sərhəd-keçid məntəqəsi olan Şələmçədən ötən gün 117 min nəfər zəvvar İraqa keçib.
Bunu Xorrəmşəhr şəhərinin başçısı Koroş Məvəddət deyib.
“Ötən gün İraq ərazisində nəqliyyat çatışmamazlığı ilə bağlı yaranmış problemə və keçid məntəqəsinin müvəqqəti bağlanmasına baxmayaraq Şələmçədən 117 min nəfər zəvvar Kərbəlaya ziyarət üçün İraq ərazisinə keçib”.
Onun sözlərinə görə , ötən günədək bu keçid məntəqəsindən 509 min zəvvar Ərbəin yürüşündə iştirak etmək üçün İraqa səfər edib.
Qeyd edək ki, ötən gün Şələmçə keçid məntəqəsində gediş dayandırılmışdı. Buna səbəb İraq tərəfdə cəmiyyətin həddən artıq çox olması və daşınmalar üçün nəqliyyat vasitələrinin olmaması idi.
Xatırladaq ki, İraq və İran arasında İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə, Çəzabə və Kirmanşah əyalətində Xosrəvi sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir.
İran Daxili İşlər Nazirliyi elan edib ki, Ərbəin yürüşündə iştirak etmək üçün İran-İraq sərhədini keçərək getmək istəyən bütün xarici ölkə vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilərlər.
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.
Maide.Az/“Fars”