Dünyanın ən böyük toplantısı - Ərbəin yürüşündə iştirak etmək üçün indiyədək 15 min 500 əcnəbi zəvvar Astara sərhəd-keçid məntəqəsi vasitəsilə İran ərazisinə daxil olub.
Bunu ötən gün Astara şəhər üzrə Ərbəin qərargahı elan edib.
Məlumatda bildirilir ki, həmin zəvvarlar 260 avtobus, 30 mikroavtobus və 80 minik avtomobili vasitəsilə sərhəddən keçib. “Ərbəin zəvvarlarına İmam Rza (ə) adına xidmət çadırında, İmamzadə İbrahim (ə) və İmamzadə Qasim (ə) ziyarətgahlarında xidmət göstərilib.”
Bildirilir ki, Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Kərbəlaya gedən zəvvarların əksəriyyəti Azərbaycan vətəndaşı, az sayda isə Rusya və Gürcüstan vətəndaşıdır.
Yaxın günlərdə bu sayın dəfələrlə artacağı gözlənilir. Bu saya Biləsuvar keçid məntəqəsindən keçən zəvvarlar və hava yolu ilə səfər edənlər daxil deyil.
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.
Maide.Az /“Fars”