20 May 2024 - 20

20 May 2024 - 20

Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçdi
24.10.2019

"Ərbəin" ziyarətinə görə İraqa quru yolla daxil olan və Kərbəlaya gedən xarici zəvvarların sayı 3.5 milyondan artıqdır.

Bu barədə İraqın Sərhəd Qoşunları komandanı general-mayor Hamid Abdullah İbrahim FransPress-ə məlumat verib.

İraq rəsmisi bildirib ki, "Ərbəin" ziyarəti ərəfəsində ölkəyə quru yolla 3.5 milyondan çox zəvvar daxil olub.

İraqın Sərhəd Xidmətinin bu rəsmisi bildirib ki, xarici zəvvarların çoxu iranlılardır.

Qeyd edək ki, Kərbəla Əyaləti Qubernatorluğu ötən ilin "Ərbəin" ziyarəti ərəfəsində şəhərə 12 milyon şəxsin daxil olduğunu bəyan etmişdi.

salamnews