03 Dekabr 2025 - 3
İranlı sənətkarlar İraqın müqəddəs Kərbəla şəhərindəki həzrət Əbülfəzl Abbasın mütəhhər hərəminin böyük qızılı eyvanının yenidən qurulması layihəsini tamamlayıblar.
Böyük qızılı eyvanın sağ tərəfində İxlas surəsi, ön hissəsində Bəqərə surəsinin 177-ci ayəsinin bir hissəsi, sol hissədə isə Kövsər surəsindən ayələr yazılmış lövhələr bərkidilib. Böyük qızılı eyvanın yenidən qurulmasında istifadə olunan qızılı plitələr 24 əyyar qızıldan hazırlanıb.
Plitələrdə istifadə olunan mozaikada ənənə və müasirliyi özündə birləşdirən estetikliyi əlavə etmək üçün İslami motivlər və ahəngdar rənglərdən istifadə olunub. Bu layihənin başa çatması ilə həzrət Əbülfəzl Abbasın ziyarətgahının görünüşü əvvəlkindən daha çox cazibədar olub.
AlkawtharTV/Deyerler.org
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto