19 May 2024 - 19

19 May 2024 - 19

Bəşəriyyət İmam Hüseyn (ə) məktəbindən dərs almalıdır...
22.08.2020

Həzrət Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseynin (ə) Kərbəla vaqiəsindəki məram və məqsədinin yaşadılmasının və Aşuranın mahiyyətini olduğu kimi bəşəriyyətə çatdırmaq məqsədi ilə mərasimlər təşkil etmənin, məzlumun yanında olub zülmə qarşı həmrəylik nümayiş etdirərək bir araya toplanmanın çox böyük əhəmiyyəti var.

Dinimizin yaşaması uğrunda canından və doğmalarından keçən İmam Hüseynin (ə) Kərbəla həqiqətləri, əgər xürafatdan uzaq şəkildə dünyaya çatdırılarsa, növbəti "aşura"lar yaşanmaz, günahsız insanlar qurban getməz, "Kərbəla"lar (qətliamlar) təkrarlanmaz, insanlıq da ölməzdi:
"Məhərrəmlik mərasimləri o zamana qədər davam edəcək ki, bəşəriyyət və xüsusi ilə müsəlmanlar İmam Hüseynin (ə) məktəbindən dərs alıb, ibrət götürəcək, Hüseynin (ə) yolunda fəda olduğu dini həyatlarında yaşayacaqlar, həmçinin dünyada sülh, barış, haqq və ədalət hökm sürəcək, batil haqqa məğlub olacaq, zalımlər zülmlərindən əl çəkəcəklər, günahsız insanlara qarşı terror edilməyəcək, özünü insan hesab edən hər bir şəxs din qardaşına və hər hansı adəm övladına amansız olmayacaq, qətllər törətməyəcəkdir.

Tam əmin olaraq İnanırıq ki, zəmanənin sahibi olan Həzrət Mehdi (ə) zühur edərək zülmlə dolmuş dünyanı ədalətlə gülüstan edəcək, yer üzündə haqqı bərpa edəcəkdir.

Ramin İgidov