03 Dekabr 2025 - 3
İraq rəsmiləri cari ildə koronavirus pandemiyası ilə əlaqədar “Ərbəin” yürüşünə digər ölkələrdən zəvvarların İraqa girişinə icazə verilməyəcəyini açıqlayıb.
Bu barədə İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.
H.Zülfüqari qeyd edib ki, bu günə olan son məlumat budur ki, İraq rəsmiləri digər ölkələrdən zəvvarların Ərbəin yürüşünə qatılmasına icazə verməyəcək.
O qeyd edib ki, İraq rəsmiləri ilə davamlı olaraq bu məsələni müzakirə edirik, yeni məlumat olarsa açıqlama veriləcək.
Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 08 oktybar tarixinə təsadüf edir.
Maide.az
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto