23 Noyabr 2024 - 23
İran İslam Respublikasında Həzrət İmam Səccadın (ə) adına beynəlxalq konqres öz işinə başlayıb.
Konqresdə İran İslam Respublikası və dünyanın 26 ölkəsindən 100-dən çox tanınmış dini, siyasi, ictimai və mədəni şəxsiyyət, elm adamları və mütəfəkkirlər iştirak edir.
Sayca 10-cu olan bu konqres İslam Respublikasının Hormozgan əyalətinin Məscidlərin Mədəniyyət və İncəsənət idarələrinin koordinasiya mərkəzinin təşəbbüsü ilə keçirilir.
Sentyabr ayının 1-də, Hormozgan əyalətinin "Bəndər Abbas" şəhərində konqresin açılış mərasimi keçirilib.
Vebinar və seminar formatında keçiriləcək bu koqnresdə 100-dən çox alim və mütəfəkkir çıxış edəcək. Bu çıxışlar "cisadjad.ir" saytından onlayn yayımlanacaq.
Komitə sədri bildirib ki, təkcə İran İslam Respublikasının Hormozgan əyalətində 50 nəfərdən çox Səhifeyi-Səccadiyyə hafizi var.
Konqresin açılış mərasimində Ayətullah Nuri Həmədaninin mərasim iştirakçılarına mesajı qiraət edilib.
Qeyd edək ki, beynəlxalq İmam Səccad (ə) konqresi Məhərrəm ayın 25-dək davam edəcək.
Yekun mərasim Məhərrəm ayının 25-də Tehranda keçiriləcək.
maide.az