21 Noyabr 2024 - 21
Bir müəllim olaraq mən Aşuranı əhatəli dərs kimi qiymətləndirirəm. Nə üçün əhatəli dərs, çünki burada həm insanlığın şüarları, həm də insanlığın nümunəsi var. Burada həm mərdlik, şüacaət, cəfakeşlik, vəfadarlıq kimi şüarlar, həm də mərd və qorxmaz fərdlər var. İmam Hüseyn Aşura günü insanlıq tarixinə həkk olunacaq bir təlim keçdi. Hər zaman biz bu mövzulara cəmiyyətdə toxunmaq istəsək, gərək Aşura təliminə baxaq.
Azərbaycan insanının torpaqları işğal edilib. Biz faktiki olaraq məğlub durumdayıq. Demək ki, qalibiyyət üçün biz bu məktəbə, bu dərslərə müraciət etməliyik. Kərbəla bir kitabdır ki, açıb vərəqləməkdən çəkinmək olmaz. Kərbəla kitabının 1400 vərəqdən ibarət olan səhifələrində “mərdlik, vəfa, sədaqət, məhəbbət, əməkdaşlıq, insanlıq, eşq və s” mövzulara çox incə və praktik toxunulub. Kərbəla hadisəsində öyrənəcək çox mətləb var.
Cavid İmamoğlu (Sosioloq)