21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İŞİD-in Ərbəin zəvvarlarına hücumu baş tutmadı
22.09.2020

İraqın təhlükəsizlik qüvvələri Bağdadda Kərbəla şəhərində terror əməliyyatı planlaşdıran təhlükəli İŞİD komandirini həbs edib.

İraq Müdafiə Nazirliyinə bağlı Təhlükəsiz İnformasiya Agentliyi Bağdadda bir İŞİD komandirinin həbs olunduğunu elan edib.

Açıqlamada İraq təhlükəsizlik qüvvələrinin sentyabrın 20-si Bağdad məhəllələrinin birində bənzərsiz əməliyyat keçirdiyi bildirilib. Kəşfiyyat mənbələrinin Bağdad məhəlləsində İŞİD komandirinin olduğunu bildirdikdən sonra keçirilən əməliyyatda, İraq təhlükəsizlik qüvvələri onu sığınacağının ətrafındakı binalarda pusquya salıb həbs ediblər.

Terrorçular arasında İraqın cənub vilayətindən olan İŞİD-in tanınmış üzvünün bu yaxınlarda Kərbəla şəhərində İmam Hüseynin (ə) Ərbəin ziyarəti zamanı terror əməliyyatına hazırlaşmaq üçün şimal əyalətlərindən Bağdada gəldiyi bildirilib.

Adı açıqlanmayan İŞİD komandiri Kərkükün azad olunması əməliyyatı zamanı İraq qüvvələrinə qarşı terrorçuların komandiri olduğunu etiraf edib.

Eyni zamanda, İraqın kəşfiyyat xidməti İraqın Kürd Regional Rəhbərliyinin Təhlükəsizlik Təşkilatı (Asayeş) ilə əməkdaşlıq edərək, Kərkük vilayətindəki aparıcı İŞİD snayperlərindən birinin həbs olunduğunu elan edib.

İraq hökuməti İmam Hüseynin (ə) Ərbəin mərasimi əsnasında iraqlı olmayan zəvvarları qəbul etməyəcəyini rəsmi olaraq elan etsə də, milyonlarla iraqlının iştirakı gözlənilir.

Deyerler.org