21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Pakistanda
23.09.2020

Pakistanın Pişavər şəhərində "Kərbəla qiyamında qadınların yeri və İmam Hüseynin (ə) inqilabi hərəkatında qadınların Aşurayi rolu" adlı vebinar keçirilib.

İran İslam Respublikasının Pakistandakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən vebinarda həzrət Zeynəbin (s) sirəsi və həyat tərzi bütün müsəlmanlara nümunə və ülgü olaraq araşdırılıb və bütün müsəlman xanımlarının həzrət Zeynbə (s) iqtida etməklərinin zəruri olduğu vurğulanıb.

Kərbəlanın əsirlər karvanının Kufə və Şama aparıldıqları günlərdə keçirilən bu vebinarda həzrət Zeynəbin (s) təqva, elm, iffət, ismət, səbr, şücaət, qəhrəmanlıq, dilavərlik, fədakarlıq, natiqlik kimi xüsusiyyətləri, ümmül-məsaib olması və həyatının və şəxsiyyətinin digər cəhətləri müsəlman xanımlar üçün yenidən yada salınıb.

Vebinarın keçirilməsində İran İslam Respublikasının İslami əlaqələr və mədəniyyət təşkilatının Qadınların Beynəlxalq Mədəni Əlaqələrinin Genişləndirilməsi İdarəsi həmkarlıq edib.

Vebinarda Tehran Universitetinin Xarici Dil və Ədəbiyyat İnstitutunun elmi heyəti, Pakistanın Minhacul-Quran Hərəkatının xanımların işi üzrə idarəsi, Xeybər əyalətinin Minhacul-Quran filialı, Həvva Ədəbi Karvanı Birliyi, Pişavərin "Şəhid Binəzir Buto" adına qadınlar universiteti və digər ictimai və dini təşkilatların nümayəndələri iştirak ediblər.

Vebinarda Kərbəla qiyamı və qadınların ictimai məsuliyyətləri barədə elmi məqalələr səsləndirilib, İqbal Lahurinin şeirləri qiraət edilib, müsəlmanların Quran, İslam, Peyğəmbər və Əhli-Beytə (ə) olan sevgisindən danışılıb.

İQNA